Türkiyə prezidenti Anım günü ilə bağlı paylaşım edib

Türkiyə prezidenti Anım günü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ərdoğan öz rəsmi X (twitter) hesabında bildirib.

"Qarabağın və işğal altında olan Azərbaycan torpaqlarının qurtuluş mübarizəsinin başlanğıcını qoyan anım günündə bütün şəhidlərimizi rəhmət, qazilərimizi isə ehtiramla yad edirəm. Qarabağ Azərbaycandır!",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.