BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Bu barədə Xarici İşlər Nazirliyinin Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanatında bildirilib.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır", - deyə bəyanada qeyd edilib.







