Son dəqiqə

Türkiyə Türkiyə Jandarma Baş Komandanlığı TULGA BMC

Türkiyənin TULGA avtomobili TEKNOFEST-də nümayiş etdirilib

Bakı. TurkicWorld:

British Motors Company (BMC) tərəfindən istehsal edilən Türkiyənin ilk yerli SUV avtomobili TULGA-nın prototipi İzmir TEKNOFEST-də nümayiş etdirilib.

TurkicWorld xəbər verir ki, ilk mərhələdə 300 ədəd TULGA avtomobili Jandarma idarəsinə təhvil veriləcək.

Məlumata əsasən, ilk sınaqlardan sonra avtomobilin kütləvi istehsalına başlanılacaq. BMC bu il zirehli avtomobili TULGA-nın kütləvi istehsalına başlamağı hədəfləyir.

Qeyd edək ki, TULGA üstün manevr qabiliyyəti və ballistik qoruma səviyyəsi sayəsində həm təhlükəsizlik, həm də rahatlığı bir arada təqdim edir. Avtomobilin beş nəfərlik daşıma qabiliyyəti və təxminən 8 ton ağırlığı var.

TULGA SUV dörd silindrli dizel mühərrikindən 250 at gücü ilə saatda 130 kilometr sürət yığa bilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər