Son dəqiqə

Türkiyə Əhməd Burak Dağlıoğlu

Beynəlxalq birbaşa investisiyalar Türkiyənin iqtisadi siyasətində mühüm yer tutur

Bakı. TurkicWorld:

Beynəlxalq birbaşa investisiyalar Türkiyənin iqtisadi siyasətində mühüm yer tutur.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidentinin İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu məlumat verib.

Burak Dağlıoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası üçün Nyu-Yorkda səfərdə olan Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən iqtisadi rəhbərliyin investorlarla təmaslarını dəyərləndirib.

"Görüşlər çox məhsuldar keçib. Qlobal beynəlxalq birbaşa investisiyalarda Türkiyənin payını artırmağı hədəfləyirik. Bu il çox güclü bir investisiya gündəmi var. Türkiyəyə birbaşa beynəlxalq investisiya axını artıb. Son iki ildə Türkiyəyə 13,5 milyard dollar sərmayə cəlb etdik. Hədəfimiz, qlobal beynəlxalq birbaşa investisiyalarda Türkiyənin payını yüzdə 1,5-ə çatdırmaqdır",- deyə Dağlıoğlu bildirib.

Burak Dağlıoğlu əlavə edib ki, biz önümüzdəki dövrdə beynəlxalq birbaşa investisiyaların daha da artacağını proqnozlaşdırırıq.

Mövzuya görə xəbərlər