Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Malayziya Sabiha Gökçen Havalimanı

İstanbul Sabiha Gökçen hava limanı Malayziya ilə əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Türkiyənin İstanbul Sabiha Gökçen hava limanı Malaysia Airportla əməkdaşlığı genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşü zamanı əldə edilib.

Məlumata əsasən, tərəflər görüş zamanı Türkiyə-Malayziya münasibətlərinin strateji tərəfdaşlıq əsasında daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Bundan əlavə, iki ölkə arasında regional və qlobal məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Malayziya ilə Türkiyə arasında ticarət həcmi 2022-ci ildə 4,7 milyard ABŞ dolları təşkil edib. Malayziyanın Türkiyədəki ən böyük sərmayəsi Sabiha Gökçen Hava Limanı, Evyap Sabun isə Malayziyadakı ən böyük türk investisiya şirkətidir.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər