BAKI,TurkicWorld
Azərbaycan və Malayziya İslam maliyyəsinin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu barədə TurkicWorld tənzimləyici quruma istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın baş direktoru Tərlan Rəsulov Malayziyanın "Al-Hidayah Group" şirkətlər qrupunun sədri Dato' Ku Cafar Ku Şaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş "2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası" çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







