Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

ABŞ ilə təhlükəsizlikdən ticarətə qədər çoxşaxəli əlaqələrimiz var – Ərdoğan

Bakı. TurkicWorld:

ABŞ ilə təhlükəsizlikdən ticarətə qədər çoxşaxəli əlaqələrimiz var.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən Concordia Sammitində açıqlama verib.

"Bizim ABŞ ilə təhlükəsizlikdən tutmuş ticarətə qədər çoxşaxəli əlaqələrimiz var. ABŞ-ın Türkiyəyə investisiyalarını artırmasını gözləyirik." –deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyə epidemiya dövrünü uğurla keçirib.

"Bəzi ölkələr introvert siyasətlər qurublar, amma bizdə belə bir şey olmayıb. Epidemiya zamanı biz 161 ölkə və 12 beynəlxalq təşkilata tibbi yardım göndərdik.” –deyə Ərdoğan qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər