Bakı. TurkicWorld:
Türkiyəni əhatə etməyən enerji və nəqliyyat dəhlizlərinin davamlı olması mümkün deyil.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
H.Fidan onu da vurğulayıb ki,bir neçə ay ərzində Yaxın Şərqdə rifah və sabitlik üçün böyük əhəmiyyət kəsb edən İnkişaf Yolu Layihəsinin icra mərhələsinin başlanılacağı gözlənilir.
Qeyd edək ki, İnkişaf Yolu Layihəsi çərçivəsində Türkiyə ilə İraq arasında uzunluğu 1200 km olan avtomobil və dəmir yolu nəqliyyat dəhlizi yaradılacaq.
İraqı bu layihə ilə Türkiyə üzərindən dünyaya açılmağa sövq edən əsas amil zəngin neft və təbii qaz ehtiyatlarına malik olan İraqın körfəzdə dərin su limanı tikəcək sərhədlərinin olmamasıdır. Bu da ehtiyatların daşınmasında və satışında ciddi çətinliklərə səbəb olur.
Xatırladaq ki, İraqın baş naziri Məhəmməd əl-Sudani bu ilin may ayının sonunda Asiyanı Avropa ilə birləşdirəcək nəhəng nəqliyyat və infrastruktur layihəsi ilə bağlı açıqlama verib.
Ləman Əsədli
Twitter: lamanasadli01