Son dəqiqə

Qazaxıstan Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Murat Nurtleu

Türkiyənin XİN rəhbəri Qazaxıstana rəsmi səfər edib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qazaxıstana rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Türkiyənin XİN başçısı Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu tərəfindən qarşılanıb.

Məlumata əsasən, tərəflər danışıqlar aparacaq, daha sonra isə mətbuata açıqlamalar veriləcək.

Qeyd edək ki, bu səfər Hakan Fidanın Qazaxıstana xarici işlər naziri olaraq ilk rəsmi səfəridir.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər