Şavkat Mirziyoyev Bilal Ərdoğanı qəbul edib

Şavkat Mirziyoyev Bilal Ərdoğanı qəbul edib

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş çərçivəsində Mirziyoyev və Ərdoğan milli idman növlərinin və xalq oyunlarının daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məlumata əsasən, Mirziyoyev etnoidmanın daha çox tanınması, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, görüş zamanı etnoidmanın tanıdılması üzrə ümumi yol xəritəsi əsasında təlim proqramlarının hazırlanması, təcrübə mübadiləsi, ekspert, məşqçi və hakimlərin hazırlanması, gənclərin etnosportda iştirakı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Xivədə keçiriləcək Beynəlxalq Etnoidman Festivalında iştirak etmək üçün Özbəkistana səfər edib.

Ləman Əsədli

Twitter: lamanasadli01