Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyi Türkiyə Jandarma Baş Komandanlığı

2024-cü ildə Türkiyə Milli Müdafiə Nazirliyinə ayrılacaq büdcə açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyinə 2024-cü ildə 440,4 milyard lirə büdcə ayrılacaq.

TurkicWorld xəbər verir ki, bu rəqəm 2023-cü ildə isə 182,7 milyard dollar təşkil edib.

Məlumata əsasən, 2024-cü ildə Türkiyə Daxili İşlər Nazirliyinə 76,2 milyard, Jandarma Baş Komandanlığına 189,6 milyard, Təhlükəsizlik Baş İdarəsinə isə 305,4 milyard lirə büdcə ayrılacaq.

Qeyd edək ki, 2023-cü ildə Türkiyə Daxili İşlər Nazirliyinə 32,6 milyard, Jandarma Baş Komandanlığına 76,1 milyard, Təhlükəsizlik Baş İdarəsinə isə 388,9 milyard lirə ayrılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər