Bakı. TurkicWorld:
Əlcəzairin xarici işlər naziri Əhməd Attaf 6-8 sentyabr tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində Ə.Attafın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş tərəfindən qəbul edilməsi və xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulur.
Bu görüşlərdə regional və beynəlxalq məsələlər, eləcə də Əlcəzair ilə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Ə.Attaf 16 may 2022-ci ildə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında qəbul edilmiş qərarların icrasına nəzarət etmək məqsədilə yaradılmış Birgə Planlaşdırma Qrupunun ikinci iclasına həmsədrlik edəcək.
Ləman Əsədli
Twitter: Lamanasadli01







