Son dəqiqə

Türkiyə Özəl Aspilsan Enerji

ASPİLSAN-ın istehsal etdiyi batareyalar mülki aviasiyada da istifadə ediləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASPİLSAN enerji şirkətinin istehsal etdiyi batareyalar hərbi sistemlərlə yanaşı mülki aviasiyada da istifadə ediləcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"ASPİLSAN şirkəti materialı toz halından akkumulyatora çevirir və ona uyğun proqram və aparatları əlavə edir. Bu baxımdan, ASPİLSAN dünyada azsaylı şirkətlərdən biridir", deyə məlumatda qeyd edilib.

Bundan əlavə, şirkət hazırda NMC 811 və nikel kadmium batareyaları istehsal edir.

Qeyd edək ki, Türkiyənin Anka və Aksungur Pilotsuz Uçuş Aparatları, KAAN təyyarəsi, Gökbey hücum helikopteri, Hürjet və Hürkuş platformaları, Türk Hava Yollarının (THY) inventarında olan təyyarələrdə ASPİLSAN akkumulyatorlarından istifadə edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər