TPAO Şırnakda neft anbarı tikəcək

TPAO Şırnakda neft anbarı tikəcək

Bakı. TurkicWorld:

Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti hasilatın artması səbəbilə Şırnak vilayətində neft nəqli və saxlanması üçün anbar tikəcək.

TurkicWorld xəbər verir ki, çıxarılan neft BOTAŞ-a göndərilməzdən əvvəl 50 min barel tutumu olan bu anbarlarda saxlanılacaq.

Məlumata əsasən, Şəhid Esma Xam Neft Anbarı Layihəsi çərçivəsində ümumi tutumu 50 min barel olan iki çən qurulacaq.

Bundan əlavə, on abonenti olan tanker doldurma qurğusu da istifadəyə veriləcək.

Qeyd edək ki, Türkiyənin Qabar neft quyusunda gündəlik hasilat 16 min 188 barelə çatıb.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01