Bakı. TurkicWorld:
İlin ikinci rübündə qeydə alınan 3,8 faizlik artımla Türkiyə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (OECD) ölkələri arasında ikinci, G20 ölkələri arasında isə üçüncü ölkə olub.
TurkicWorld-un məlumatına görə, OECD ölkələri arasında Kosta Rika bu il 5,1 faiz artımla birinci yeri tutub. Bu ölkəni 3,8 faizlə Türkiyə və 3,5 faizlə isə Meksika izləyib.
İkinci rübdə OECD ölkələrinin iqtisadiyyatlarının orta artımı 1,5 faiz səviyyəsində qiymətləndirilib. Sözügedən dövrdə Avropa İttifaqında (Aİ) iqtisadi artım 0,5 faiz təşkil edib.
İkinci rüb üçün artım məlumatları açıqlanan G20 ölkələri arasında isə ən yüksək artım tempinə sahib ölkə 6,3 faiz ilə Çin olub. Bu ölkəni 4,9 faiz artımı ilə İndoneziya, 3,8 faiz ilə Türkiyə və 3,5 faizlə Meksika izləyib.
Aİ ölkələrinin artım templərinə baxıldığında birinci yerdə İrlandiya, ikinci yerdə Türkiyə və Portuqaliya gəlir.
Aytac Süleymanova
Twitter: a_alieva_







