Son dəqiqə

Türkiyə Türkiyə xarici işlər nazirliyi Qabon

Qabonda sülhün bərpa olunmasını arzu edirik – Türkiyə XİN

Bakı. TurkicWorld:

Qabonda sülhün bərpa olunmasını arzu edirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.

"Biz Qabonda baş verənləri diqqətlə izləyirik. Ölkədə sülh və sabitliyin bərpa olunmasını arzu edirik" – deyə bəyanatda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Qabonda səhər saatlarında milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb.

Əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bəyan ediblər.

Hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib.

64 yaşlı Əli Bonqo 2009-cu ildə ölkəni 41 ildən çox idarə edən atası Ömər Bonqodan vəzifə alıb.

Ölkədə səsvermə prosesinin son saatlarında “zorakılıq” səbəbi ilə komendant saatı tətbiq edilib, seçkidən sonra səslərin sayılması prosesi davam edərkən internetə məhdudiyyət qoyulub.

Müxalifət lideri Ondo Ossa, Ali Bonqoya qarşı prezidentlik mübarizəsində seçkilərin saxtalaşdırıldığını iddia edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər