Son dəqiqə

Türkiyə Türkiyə Jandarma Baş Komandanlığı

Türkiyədə qaçaqmalçılığa qarşı keçirilən əməliyyatda 30-dan çox şəxs saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Balıkəsir vilayətində qaçaqmalçılığa qarşı keçirilən əməliyyatda 36 şəxs saxlanılıb.

TurkicWorld-un məlumatına görə, əməliyyatlar zamanı külli miqdarda narkotik, odlu silah və cinayət yolu ilə əldə edilmiş pullar ələ keçirilib.

Balıkesir vilayət Jandarma Komandirliyi qrupları, qaçaqçılıq və mütəşəkkil cinayətlə əlaqədar kəşfiyyat işləri nəticəsində, 19 qaçaqmalçılıq və mütəşəkkil cinayət hadisəsində iştirak edən 36 şübhəlinin evlərində və istifadə etdikləri avtomobillərdə aparılan əməliyyat tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələr aşkar edilib.

Əməliyyat zamanı 19 narkotik istifadə cihazı, bir tapança, 12 patron, iki maqazin, 11 cib telefonu və 83 min 120 TL, 100 ABŞ dolları ələ keçirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər