SİPER ÜRÜN-2 Sisteminin ilk atəş sınağı uğurla həyata keçirilib – Haluk Görgün

SİPER ÜRÜN-2 Sisteminin ilk atəş sınağı uğurla həyata keçirilib – Haluk Görgün

Bakı. TurkicWorld:

Türkiyənin Sinop Test Mərkəzində SİPER ÜRÜN-2 Sisteminin ilk atəş sınağı uğurla həyata keçirilib.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin prezidenti Haluk Görgün bildirib.

Haluk Görgün qeyd edib ki, layihə əsasən ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və digər subpodratçılar tərədindən tərəfindən keçirilib.

Sınaqla uçuş şəraitində məlumatların toplanması və bu məlumatların layihənin sonrakı mərhələlərində həyata keçiriləcək fəaliyyətlər çərçivəsində istifadə edilməsi hədəflənib.

SİPER Layihəsi çərçivəsində ÜRÜN-1 sisteminin qəbulu üzrə işlər aparılır, ÜRÜN-2-nin sistem/alt sistem inkişafı və sınaq mərhələsi paralel olaraq davam etdirildiyi qeyd olunub.

ÜRÜN-1 və radarlar, komanda idarəetməsi, raket atma sistemi, rabitə sistemləri ilə eyni yer sistemlərinə sahib olan SİPER ÜRÜN-2 sistemi daha uzun məsafə və hündürlükdə təsirli olma xüsusiyyətinə malikdir.

Hafiz Rufizoğlu