Danimarka səfirliyinin müvəqqəti işlər vəkili növbəti dəfə Türkiyə XİN-ə çağırılıb

Danimarka səfirliyinin müvəqqəti işlər vəkili növbəti dəfə Türkiyə XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili növbəti dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Nümayəndəyə bildirilib ki, Danimarka Qurana qarşı davam edən hücumlarla bağlı dərhal ciddi addımlar atmalıdır.

Xatırladaq ki, dünən Danimarkanın müvəqqəti işlər vəkili və Hollandiya müşaviri Avropada Qurana qarşı edilən təxribatlarla bağlı Türkiyə XİN-ə çağırılıb.

Hafiz Rufizoğlu