Son dəqiqə

Azərbaycan Bakı Türkiyə xarici işlər nazirliyi

Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

BAKI,TurkicWorld

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) əməkdaşlığı ilə ərsəyə gələn “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi 21–28 avqust 2026-cı il tarixləri arasında Azərbaycan Milli Tarix Muzeyində ziyarətçilərə təqdim olunacaq.

TurkicWorld xəbər verir ki, sərgi 1944-cü ildə ata-baba torpaqlarından sürgün edilən Ahıska türklərinin acı xatirələrini, kimlik mübarizəsini, parçalanan ailələrini və heç sönməyən vətənə qayıdış ümidini tarixi sənədlər, fotoşəkillər və canlı şahidliklərlə göz önünə sərir.

Sərgi ilk dəfə 12 iyun 2026-cı ildə İstanbul Atatürk Mədəniyyət Mərkəzində Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə açılıb.

İstanbuldan Bakıya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə qatarla daşınması isə tədbirə xüsusi simvolik məna qazandırır — bir zamanlar sürgünün ayırdığı yolları bu gün ortaq yaddaş və qardaşlıq bağlayır.

Kuratorluğunu Beste Gürsunun etdiyi, özəl musiqiləri isə Fahir Atakoğlu tərəfindən bəstələnən layihə Bakıdan sonra sürgünün ildönümü günü — 14 noyabr 2026-cı ildə Tarixi Ankara Vağzalında nümayiş olunacaq.

Mövzuya görə xəbərlər