Kayseridə 4,7 bal gücündə zəlzələ baş verib

Kayseridə 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Kayserinin Sarız rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, saat 13:17-də Sarız rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7,06 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Bundan başqa, xilasedicilər hadisə yerinə cəlb edilib və zərərçəkənlərə qısa müddətdə yardım göstərilib.

Aytac Süleymanova

Twitter: a_alieva_