Son dəqiqə

Türkiyə Türkiyə xarici işlər nazirliyi Şimali Kipr Türk Respublikası BMT Təhlükəsizlik Şurası Pile-Yiğitler yolu

Türkiyə XİN Pile-Yiğitler yolu ilə bağlı KKTC-nin bəyanatını dəstəkləyib

Bakı. TurkicWorld:

Pile-Yiğitler yolu ilə bağlı Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin bəyanatını tam dəstəkləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"BMT Təhlükəsizlik Şurasının Pile yolu ilə bağlı bəyanatı reallıqdan tamamilə uzaqdır. 18 avqust hadisələri ilə bağlı istifadə olunan ifadələr faktları təhrif edir, hadisələri reallıqdan uzaqlaşdırır. BMT-nin bu açıqlaması heç bir müsbət töhfə vermir, əksinə, prosesi çətinləşdirir", - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, ötən günlərdə BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.

KKTC təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər