Son dəqiqə

Türkiyə Bursa yanğın

Bursada mebel fabrikində partlayış baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Bursa vilayətində yerləşən mebel fabrikinin istehsalat hissəsində naməlum səbəbdən yanğın, daha sonra isə partlayış baş verib.

TurkicWorld xəbər verir ki, fabrikdəki işçilər dərhal təxliyyə edilib, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis çağırılıb.

Məlumata əsasən, beş yanğınsöndürən maşını və 15 yanğınsöndürənin müdaxilə etdiyi yanğın bir saat sonra söndürülüb.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər