ATMACA raketləri daha 11 platformaya inteqrasiya olunacaq (ÖZƏL)

ATMACA raketləri daha 11 platformaya inteqrasiya olunacaq (ÖZƏL)

Bakı. TurkicWorld:

ATMACA raketləri daha 11 platformaya inteqrasiya olunacaq.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Roketsan şirkəti ilə Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM) arasında ATMACA raketlərinin Türkiyə hərbi dəniz qüvvələrinin komandanlığı altında daha 11 platformaya inteqrasiyası ilə bağlı müqavilə imzalanıb.

ATMACA-nın sualtı qayıqdan buraxılacaq versiyası ilə yanaşı, havadan buraxılacaq versiya üçün də işlər davam edir. İlk ATMACA atışı BARBAROS sahil müdafiə sistemindən atılıb. Bu sistem sahildə yerləşərək Türkiyə sahillərini qoruyacaq.

Digər tərəfdən, "Qara ATMACA" adlı yeni bir raket hazırlanır. ATMACA üzərində hazırlanmış bu raket Türkiyənin Quru Qoşunları Komandanlığının qanadlı raketlərə olan ehtiyacının həlli olacaq və bir az daha uzun məsafəyə sahib olacaq.

ATMACA-nın sualtı qayıqdan buraxılacaq versiyası ilə yanaşı, havadan buraxılacaq versiya üçün də işlər davam edir. İlk ATMACA atışı BARBAROS Sahil Müdafiə Sistemindən atıldı. Bu sistem sahildə yerləşərək Türkiyə sahillərini qoruyacaq.

Xatırladaq ki, ATMACA kimi qabaqcıl raketlər hədəflərini birbaşa vurmur. Trayektoriyada müxtəlif marşrut yaradır və müxtəlif manevrlər edir. ATMACA-da "Qabaqcıl Radar Axtarıcı" var.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan 140 kilometrlik Harpoon (ABŞ) Gəmi Əleyhinə Raketlərini əvəz edəcək ATMACA Gəmi Əleyhinə Raket, 220+ kilometr mənzilə malikdir.

ATMACA gəmi əleyhinə raketi aşağı radar kəsiyi və su səthinə yaxın uça bildiyindən (Super Sea Skimming), hədəf platforma tərəfindən yalnız 18-20 kilometr məsafədən aşkarlana bilir.

ATMACA-nın Mach 0.85 sürətinə əsaslanaraq qeyd edilir ki, bu, hədəf gəminin heyətinə məhv etməyə çox məhdud reaksiya müddəti verir.

Aytac Süleymanova

Twitter: a_alieva_