Son dəqiqə

Türkiyə Qaziantep

Qaziantepdə meşələrə giriş qadağasının vaxtı uzadılıb

Bakı. TurkicWorld:

Türkiyənin Qaziantep vilayətində meşə ərazilərinə giriş qadağası sentyabrın 4-dək uzadılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Qaziantep qubernatorluğu açıqlama verib.

“Əldə edilən meteoroloji məlumatlar çərçivəsində havanın temperaturunun mövsüm normalarından yüksək olacağı ilə bağlı vilayətdəki bütün meşə sahələrinə, istirahət zonalarına və mütəmadi olaraq piknik edilən yerlərə zərər verməmək üçün giriş-çıxışlara qadağa qərarı verilib.” – deyə açıqlamada qeyd olunub

Xatırladaq ki, Qaziantepdə iyulun 21-dən avqustun 8-dək meşə ərazilərinə giriş qadağası tətbiq edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər