Son dəqiqə

Hakan Fidan Qara dəniz taxıl sazişi

Hakan Fidan İtaliya XİN başçısı ilə taxıl dəhlizi barədə müzakirələr aparıb

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla İtaliyanın xarici işlər naziri Antonio Tajani arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, tərəflər telefon danışığı zamanı Qara dəniz Taxıl Dəhlizi Sazişi, ikitərəfli və regional inkişaflar barədə müzakirələr aparıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər