Son dəqiqə

Türkiyə Ekvador

Ekvador Türkiyədən 20 ədəd zirehli maşın alıb

Bakı. TurkicWorld:

Ekvador silahlı qüvvələri Türkiyədən 20 ədəd Otokar COBRA II Taktik Təkərli Zirehli Maşın alıb.

TurkicWorld-un məlumatına görə, Cənubi Amerika ölkəsi Ekvador terror, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayət qrupları ilə mübarizə aparmaq üçün Türkiyədən “özəl” olaraq Otokar markalı Coba II TTZA alıb.

“Terrorizm, narkotik ticarəti və mütəşəkkil cinayət qruplarına xüsusi önəm verilməklə, təhdidlərə qarşı əməliyyat imkanlarını artıracaq yeni materialların tədarükü çərçivəsində Türkiyədən 20 taktiki maşın gətirilib”,- deyə Ekvador silahlı qüvvələrindən verilən açıqlamada bildirilib.

Məlumat üçün bildirək ki, Türkiyənin 400 ədəddən çox istifadə etdiyi Cobra II-dən Ekvador da daxil olmaqla cəmi 6 ölkə istifadə edir.

İstifadəçilər arasında Azərbaycan, Türkiyə, Tunis, Qana, Banqladeş, Birləşmiş Millətlər və bu gündən etibarən Ekvador var.

COBRA II 4x4 Taktik təkərli zirehli vasitə müttəfiq ölkələrin və Türkiyə silahlı qüvvələrinin gələcəyə hesablanmış tələblərinə uyğun olaraq hazırlanmış üstün texniki və taktiki xüsusiyyətlərə malik modul platformadır.

Üstün hərəkət qabiliyyəti ilə yanaşı, COBRA II, artan ballistik və minadan qorunma, böyük daxili həcm və yüksək daşıma qabiliyyəti təklif edir. Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində COBRA II sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla bir çox missiyada iştirak edə bilər.

Mövzuya görə xəbərlər