Yusufeli su elektrik stansiyası Türkiyənin xarici enerjidən asılılığının azaldılmasına böyük töhfə verəcək - Alparslan Bayraktar

Yusufeli su elektrik stansiyası Türkiyənin xarici enerjidən asılılığının azaldılmasına böyük töhfə verəcək - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Yusufeli su elektrik stansiyası Türkiyənin xarici enerjidən asılılığının azaldılmasına böyük töhfə verəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Yusufeli su elektrik stansiyasında araşdırmalar apararkən deyib.

"Yusufeli stansiyası 588 meqavat quraşdırılmış gücə malikdir. Mühəndislik, tətbiqi texnika baxımından diqqətəlayiq bir layihədir. Burada hər il təxminən 1,8-1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. İstehsal olunan elektrik enerjisindən 2,5 milyon vətəndaş istifadə edə biləcək”,- deyə nazir bildirib.

Alparslan Bayraktar qeyd edib ki, Yusufeli su elektrik stansiyası ölkəmizin xarici enerjidən asılılığının azaldılması baxımından çox vacibdir. Burada istehsal olunan enerji vasitəsilə Türkiyənin enerji ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayacağıq.

Məlumat üçün bildirək ki, açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də Artvin şəhərinin Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.