Son dəqiqə

Türkiyə BMT Rusiya Ukrayna Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl sazişi

Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir - Dmitri Kuleba

Bakı. TurkicWorld:

Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba, Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiyə ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

"Ukrayna Putinin Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtması üçün Ərdoğanla danışıqlar aparır. Bu məsələ ilə bağlı Zelenski Ərdoğan ilə daim əlaqə saxlayır. Bu, hər iki tərəf üçün faydalıdır. Putini razılaşmaya qaytara biləcək yeganə lider Ərdoğandır"- deyə Kuleba qeyd edib..

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər