Son dəqiqə

Türkiyə Türkiyə xarici işlər nazirliyi Avropa İnsan Hüquqları Məhkəməsi

PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişi və təhlükəsizliyinə təhdid yaradır – Türkiyə XİN

Bakı. TurkicWorld:

PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişi və təhlükəsizliyinə təhdid yaradır.

TurkicWorld-un məəlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi PKK-ya bağlı şəxslərin Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olması ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, terror təşkilatının simvolları ilə terror təbliğatı aparmağa çalışmasının qəbuledilməzdir.

"PKK-ya bağlı birləşmələr xüsusilə Avropada şiddət tətbiq etməyə və müxtəlif beynəlxalq təşkilatların binalarına soxularaq terror təbliğatı aparmağa başlayıblar. PKK-nın öz fəaliyyətini, o cümlədən təbliğatını, xüsusilə də Avropa ölkələrində ifadə və nümayiş azadlığı pərdəsi altında sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi qəbul olunan deyil. Bu kontekstdə Avropada PKK terror təşkilatının təbliğatına, maliyyələşdirməsinə və toplanmasına son qoymağa çağırışımızı təkrar edirik" – deyə XİN açıqlamada bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər