Son dəqiqə

Türkiyə Türkiyə Jandarma Baş Komandanlığı Ali Yerlikaya

Diyarbakırda terror təşkilatına qarşı əməliyyat keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Diyarbakır şəhərinin Lice rayonunda terror təşkilatına qarşı əməliyyat keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

Diyarbəkirin Lice rayonunda ələ keçirilən narkotiklərlə terror təşkilatının 11 milyard lirə qanunsuz gəlir əldə etməsinin qarşısı alınıb.

Məlumat üçün qeyd edək ki, əməliyyat nəticəsində 114 kiloqram marixuana, 299 kiloqram bitki mənşəli narkotik vasitə, 3 milyon 143 min 50 çətənə ələ keçirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər