Yanvar-iyun aylarında Türkiyənin turizm gəlirləri 30 faizə yaxın artıb

Yanvar-iyun aylarında Türkiyənin turizm gəlirləri 30 faizə yaxın artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 21,7 milyard dollara çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

"Hesabat dövründə Türkiyəni ziyarət edənlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 22 milyon 945 min nəfərə çatıb", - deyə o əlavə edib.

Bundan əlavə, M.N.Ersoy bildirib ki, hazırda Türkiyə davamlı yaşayış sektorunda birinci yerdədir.

Qeyd edək ki, 2022-ci ildə Türkiyənin turizm gəliri 46,4 milyard dollar olub.

Ləman Əsədli
Twitter: lamanasadli01