Son dəqiqə

Selçuk Bayraktar İDEF Baykar

Türkiyənin müdafiə sənayesi hazırda dünyada böyük bir markadır - Selçuk Bayraktar

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesi hazırda dünyada böyük bir markadır.

TurkicWorld-un məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edən zaman deyib.

"Bayraktar TB2 dünyanın dünyaya ən çox ixrac edilən SİHA-sı oldu. Baykarın son illərdəki gəlirinin 99 faizindən çoxu ixracatdan əldə olunub. Həm Baykar, həm də Türkiyə müdafiə sənayesi bu ixracatdan əldə edilən gəlirləri daha yeni və daha yaxşı inkişaf etdirmək üçün istifadə edir.” – deyə Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyə hazırda ən iddialı müdafiə sənayesi ölkələrindən biridir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər