Son dəqiqə

BMT Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziriyi İbrahim Yumaklı

İbrahim Yumaklı BMT-nin Məskunlaşma Proqramının İcraçı direktoru ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı BMT Məskunlaşma Proqramının İcraçı direktoru (UN-HABİTAT) Maimunah Mohd Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı su və qida təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

"Nazirlik olaraq davamlı şəhərçilik baxımından şəhər kənd təsərrüfatı və şəhər meşələrini genişləndirmək üçün çalışırıq" – deyə Yumaklı qeyd edib..

O bildirib ki, nazirlik təbii sərvətlər, su ehtiyatları, o cümlədən təbiətin qorunması və inkişafı, davamlı meşəçilik, qida təhlükəsizliyi və etibarlılığından məsuldur.

Görüş zamanı Maimunah Mohd Şərif qeyd edib ki, bütün dünyada su və qida təhlükəsizliyi məsələlərinin əhəmiyyətinin artır və Türkiyənin bu sahədə mühüm işlər görür.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər