Son dəqiqə

Türkiyə BMT Rusiya Ukrayna Rəcəb Tayyib Ərdoğan Entoni Blinken Antonio Quterreş Qara dəniz taxıl sazişi

Türkiyənin taxıl müqaviləsində yenidən lider rolunu almasını istəyirik – Blinken

Bakı. TurkicWorld:

Türkiyənin taxıl müqaviləsində yenidən lider rolunu almasını istəyirik.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken, Koloradoda davam edən Aspen Təhlükəsizlik Forumunda Türkiyənin Qara dəniz taxıl təşəbbüsündəki rolu və Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı qiymətləndirmələr edib.

"Türkiyə ilk növbədə BMT-nin Baş katibi Antonio Quterreşlə yaxından işləyərək təşəbbüsün başdan-başa həyata keçirilməsində iştirak edib. Türkiyə, bu təşəbbüsün həyata keçirilməsində böyük iş gördü"-deyə ABŞ dövlət katibi bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər