Bakı. TurkicWorld:
Türkiyənin Qaziantep şəhərində fabrikdə yanğın baş verib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Qaziantep şəhərinin sənaye bölgəsində sağlamlıq məhsulları istehsal edən fabrikdə yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Yanğın zamanı təxliyə edilən və tüstüdən zərər çəkən işçilərdən 10-u xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğının hansı səbəblə baş verməsi məlum deyil.







