Bakı. TurkicWorld:
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda sıldırım ərazidə meşə yanğını baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Muğla Meşə Region Müdirliyi tərəfindən bildirilib.
Yanğınsöndürmə qrupları tərəfindən müdaxilə davam edir.
Məlumat üçün qeyd edək ki, yanğına iki təyyarə və iki helikopterlə havadan müdaxilə edilir.







