Bakı, TurkicWorld:
PKK terror təşkilatının Suriyadan Türkiyənin Şanlıurfa vilayətinə keçməyə cəhd edən üzvü saxlanılıb.
TurkicWorld xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyi ilə bağlı kəşfiyyat məlumatları əsasında sərhəd xəttində tədbirlər gücləndirilib.
Məlumata əsasən, terrorçu ilə bağlı istintaq başladılıb.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.
Ləman Əsədli