Türkiyə elektron seçki sisteminə keçid etməyə hazırlaşır

Türkiyə elektron seçki sisteminə keçid etməyə hazırlaşır

Bakı, TurkicWorld:

Türkiyə elektron seçki sisteminə keçid etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener bildirib.

A.Yener onu da qeyd edib ki, yeni sistem 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən sonra hazırlanacaq.

"Elektron səsverməyə keçid mütləqdir. Məsələnin texniki tərəfləri nəzərdən keçiriləcək. E-devlet portalı vasitəsilə də həyata keçirilə bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda ABŞ, Estoniya, İsveçrə, Kanada, Braziliya kimi bir çox ölkələrdə elektron seçki sistemindən istifadə edilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01