Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkənin birliyinin dünyaya nümayişidir- Ekrem Kızıltaş (ÖZƏL)

Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkənin birliyinin dünyaya nümayişidir- Ekrem Kızıltaş (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəldikdən sonra Şimali Kipr Türk Respublikasına və Azərbaycana səfəri bu ölkələrin birliyinin dünyaya nümayişidir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında türkiyəli ekspert, Takvim qəzetinin siyasi şərhçisi Ekrem Kızıltaş bildirib.

Onun sözlərinə görə, iki dövlət arasındakı “bir millət, iki dövlət” prinsiplərinə əsaslanan münasibətlər hər sahədə gündən-günə inkişaf edir və bu inkişafda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu danılmazdır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edib.

Ləman Əsədli
Twitter: @Lamanasadli01