Azərbaycan və Türkiyə Avropanın ikili standartlarının dəyişməyəcəyinin fərqindədir - Ekrem Kızıltaş

Azərbaycan və Türkiyə Avropanın ikili standartlarının dəyişməyəcəyinin fərqindədir - Ekrem Kızıltaş

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə gələcəyə dair yol xəritələrini müəyyənləşdirərkən Avropanın ikili standart münasibətinin heç vaxt dəyişməyəcəyinin fərqindədirlər və ona uyğun hərəkət edirlər.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin “Təqvim” qəzetinin siyasi şərhçisi Ekrem Kızıltaş bildirib.

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibəti Avropanın ümumi münasibətinə görə heç də təəccüblü deyil. Avropa özünü sivilizasiyanın zirvəsi kimi qəbul etsə də, bu zehniyyət davamlı olaraq yalnız özünə bənzəyənləri qoruyur, digərlərini isə istisna edir. Avropanın ümumbəşəri dəyərlərlə bağlı ikili standartları da hər kəsə məlumdur", - deyə o qeyd edib.

Kızıltaşın sözlərinə görə, AŞPA-nın Azərbaycana qarşı son münasibəti bunun bariz nümunələrindən biridir.

"Söhbət əgər Ermənistandan gedirsə, Azərbaycanın səylərinə baxmayaraq, ​​bütün Qərb kimi AŞPA da ermənilərin xeyrinə hərəkət etməyə üstünlük verir", - deyə o əlavə edib.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.

X: Lamanasadli01