TDT-nin fəaliyyətləri nəticəsində türk dili BMT-nin rəsmi dili ola bilər - Ekrem Kızıltaş (ÖZƏL)

TDT-nin fəaliyyətləri nəticəsində türk dili BMT-nin rəsmi dili ola bilər - Ekrem Kızıltaş (ÖZƏL)

Bakı, TurkicWorld:

Türk Dövlətləri Təşkilatının fəaliyyətləri nəticəsində türk dili Birləşmiş Millətlər Təşkilatının rəsmi dili ola bilər, bu sözləri TurkicWorld-a özəl açıqlamasında türkiyəli ekspert, Takvim qəzetinin siyasi şərhçisi Ekrem Kızıltaş bildirib.

"Bu məsələ ilə bağlı Türkiyədə bir sıra addımlar atılıb, lakin Türk dilinin BMT-nin rəsmi dili kimi qəbul edilməsi üçün əsas amillərdən biri də təşkilata üzv dövlətlərin razılıq verməsidir", - deyə o qeyd edib.

E.Kızıltaşın sözlərinə görə, ilk növbədə büdcə və həlli vacib olan digər məsələlər üzərində çalışılarsa bu məqsədə çatmaq mümkündür.

Xatırladaq ki, 2018-ci ildə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 6-cı Zirvə Toplantısında türk dilinin BMT rəsmi dilləri sırasında olması üçün kampaniyaya başlamaq qərara alınıb. Bundan sonra Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan türk dilinin BMT-nin rəsmi dillərindən birinə çevrilməsi üçün BMT-yə üzv dövlətlərlə müxtəlif görüşlər keçirib.

Qeyd edək ki, hazırda çin, ərəb, fransız, rus, ingilis, ispan dilləri BMT-nin rəsmi dilləridir.

Ləman Əsədli

Twitter: lamanasadli01