Azərbaycan –Türkiyə münasibətlərinin inkişafı hər iki ölkənin gələcəkdə enerji sahəsində daha böyük söz sahibi olacağına zəmanətdir- Türkiyəli ekspert

Azərbaycan –Türkiyə münasibətlərinin inkişafı hər iki ölkənin gələcəkdə enerji sahəsində daha böyük söz sahibi olacağına zəmanətdir-  Türkiyəli  ekspert

Bakı. Dəspinə Həsənova - TurkicWorld

Azərbaycan –Türkiyə münasibətlərinin inkişafı hər iki ölkənin gələcəkdə enerji sahəsində daha böyük söz sahibi olacağına zəmanətdir. Bunu TurkicWorld-ə açıqlamasında tanınmış türkiyəli ekspert , Takvim qəzetinin siyasi şərhçisi Ekrem Kızıltaş bildirib.

O qeyd edib ki, Türkiyənin enerji istehsal edənlərlə ona ehtiyacı olanlar arasında ən sabit nəqliyyat xətti olması bu baxımdan böyük üstünlükdür.

Onun sözlərinə görə, Azərbaycan –Türkiyə münasibətlərinin inkişafı hər zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzindədir.

“Bildiyiniz kimi, Martın 10-da Ankarada hər iki dövlət başçıları görüşüb və görüş çərçivəsində dövlət başçıları müttəfiqlik münasibətləri çərçivəsində bütün məsələləri geniş şəkildə müzakirə ediblər”-deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında baş verən proseslər Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyub.

Qeyd edək ki , martın 10-da Ankarada keçirilən görüşdə Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səylərini yüksək qiymətləndiriblər. Son olaraq, Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnun olduqlarını ifadə ediblər.