Bakı. TurkicWorld:
Səlcuqlular gündəlik həyatda mis alətlərdən daha çox istifadə ediblər. Lakin qonaq qarşılayarkən, xüsusən də cehiz hazırlayarkən qızıl və gümüş qablara üstünlük verilib. Qızıldan, gümüşdən, misdən əlavə, şüşədən və torpaqdan hazırlanmış alətlərdən də geniş istifadə olunub. Anadoluda bir çox çini ustası tərəfindən keramikadan hazırlanmış qab-qacaq, kasa və boşqablardan da süfrə bəzəyində istifadə olunub.
Səlcuqlar dövründə bəlli bir süfrə bəzəyi qaydası olub. Əvvəlcə yerə stol örtüyü düzülüb və üzərinə taxta kürsü qoyulub. Daha sonra taxta kürsüyə, adətən, misdən hazırlanmış nimçə qoyulub ki, bir çox insan yerdə oturub onun üzərinə qoyulan yeməkləri yeyə bilsin. Nimçə daha çox yemək və içkilərin təqdimatı üçün istifadə olunub. Süfrənin hazırlanması zamanı qazandan və ya güvəçdən çömçə ilə götürülmüş yeməklər kasa, qab və boşqablara qoyulub. Mənbələrdə tez-tez adı çəkilən və çini, qızıl və misdən hazırlanan kasa Səlcuqların dövründə geniş istifadə olunub.
Səlcuqlarda istifadə edilən qida maddələri müxtəlif dənli bitkilərdən çörək məhsullarına, paxlalı bitkilərdən balqabaqlara, meyvələrdən tərəvəzlərə, ət və süd məhsullarından yağ çeşidlərinə, şəkər və duzdan müxtəlif ədviyyatlara qədər geniş çeşidi əhatə edir. Əslində bu vəziyyət Səlcuq mətbəxinin nə qədər zəngin və rəngarəng olduğunu göstərmək baxımından çox əhəmiyyətlidir.
Səlcuqlular arpa, çovdar, yulaf, düyü, qarğıdalı və darı kimi taxıl, əsasən də Anadoluda əsas qida olan buğda istehsal ediblər. Türklərin Anadoluya gəlməmişdən əvvəl yetişdirdiyi buğda həm Şərqi Roma, həm də Səlcuqlular dövründə Anadoluda ən çox becərilən taxıl məhsulu olub. Coğrafi şərtlər nəzərə alınmaqla, Səlcuqlu Anadolusunda əhəmiyyətli buğda istehsal mərkəzləri; Konya, Ankara, Əskişəhər, Niğde, Nevşehir, Kırşehir, Yozqat, Sivas və Kayseri vilayətlərinin yerləşdiyi ərazilərdir.
Səlcuqluların dönəmində çörəkdən əlavə olaraq, simit, börək, muffin, çukmin, bazlama kimi xəmir məmulatları kimi hazırlanıb.
Səlcuqlularda lobya, noxud, mərcimək kimi paxlalılar yetişdirilib. Anadolu bəylikləri ilə yanaşı, Anadoluda yazılan türk kitablarında tez-tez adı çəkilən lobya, Səlcuqlu Anadolusunda adətən attarlarda satılıb. Digər paxlalı bitki isə türklərin çoxdan tanıdığı və yetişdirdiyi mərciməkdir. Demək olar ki, mərcimək bol-bol yetişdirilən, bir çox yeməklərdə istifadə edilən mühüm paxlalı bitkilərdəndir.
Səlcuqlu Anadoluda balqabaq, xiyar, qovun, qarpız yetişdirilib. Coğrafi şəraitin və iqlimin əlverişli olduğu Anadoluda Səlcuqlar dövründə demək olar ki, hər cür meyvə yetişdirilib. Əslində, Anadoluunun bəzi bölgələrində meyvə xalq üçün əhəmiyyətli bir gəlir mənbəyi olub.
Orta Asiyada mühüm mövqeyə malik olan atlar, Anadoluda daha çox minik heyvanı kimi istifadə olunub. Bundan əlavə, Səlcuqlarda iribuynuzlu mal-qara ətindən də istifadə edilib.
Türklər Orta Asiyada tarix səhnəsinə çıxdıqları gündən onların əsas iqtisadi sərvəti heyvandarlıq olub.
Buna görə də heyvan mənşəli məhsullar türk qidalanma mədəniyyətinin və ictimai həyatının ən mühüm elementləri olub, ət, süd, qatıq, pendir kimi qidalar isə pəhrizin əsasını təşkil edib. Süd həm də Anadoluda türklərin bolca istehlak etdikləri əsas qida qaynaqlarından biri olub.




