Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Anıtkabir

Növbəti beş ildə Türkiyə əsri üçün çalışacağıq – Ərdoğan

Bakı, TurkicWorld

Növbəti beş ildə Türkiyə əsri üçün çalışacağıq, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtkabiri ziyarəti zamanı deyib.

Qeyd edək ki, bugün yerli vaxtla 15:00-da R.T.Ərdoğanın andiçmə mərasimi keçirilib.

Türkiyə prezidenti yerli vaxtla saat 23:00-da Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.

Məlumat üçün bildirək ki, andiçmə mərasimi üçün Azərbaycan, Venesuela, Bolqarıstan, Qabon, Qvineya-Bisau, Cənubi Afrika Respublikası, Monteneqro, Qazaxıstan,

Qırğızıstan, Konqo, Kosovo, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Özbəkistan, Ruanda, Seneqal, Somali, Toqo, Türkmənistan, Banqladeş və Qvineyanın dövlət başçıları da Türkiyəyə səfər edib.

Bundan əlavə, mərasimdə Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri daxil olmaqla, ümumilikdə, səkkiz beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

Mövzuya görə xəbərlər