Bakı. TurkicWorld:
Barselonanın Camp Nou stadionu yenilənməsi tenderini Limak adlı türk şirkəti tərəfindən qazanılıb.
TurkicWorld-un məlumatına görə, Limak şirkəti 1 milyardlıq layihənin təməlini qoyub.
Avropa Birliyindən kənar bir şirkət tərəfindən Avropada həyata keçirilən ən böyük müqavilə layihəsi Türk podratçılıq sektoruna yeni qapılar açacaq.
“Avropada stadionların çoxu köhnədir. Digər komandalar hazırlanan layihəni görəndə bizə müraciət edəcəklər"- deyə Limak İdarə Heyətinin sədri Ebru Özdemir qeyd edib.
Holdinqin fəxri prezidenti Nihat Özdemir bildirib ki, layihənin inşası zamanı Türkiyədən həm maddi, həm də işçi dəstəyi alınacaq.
“Layihədə təxminən 2 min adam çalışacaq. Stadionda istifadə olunacaq polad konstruksiya, keramika, taxta istehsalı, şüşə və alüminium kimi materialların 30-40 faizini Türkiyədən tədarük edəcəyik. Türkiyədən təxminən 100 milyon avro dəyərində material almağı planlaşdırırıq”. – deyə Limak Holdinqin fəxri prezidenti Nihat Özdemir qeyd edib.