Türkiyədə 28 may seçkilərindən sonra Millət İttifaqı dağılıb - İYİ Partiya baş katibi

Türkiyədə 28 may seçkilərindən sonra Millət İttifaqı dağılıb - İYİ Partiya baş katibi

Bakı, TurkicWorld:

Türkiyədə 28 may tarixində keçirilən prezident seçkilərinin bitməsindən sonra müxalifət partiyalarından ibarət Millət İttifaqı da dağılıb.

TurkicWorld xəbər verir ki, bu sözləri İYİ Partiyanın baş katibi Uğur Poyraz deyib.

U.Poyraz onu da qeyd edib ki, İttifaqın yaradılma məqsədi seçkilər idi və seçki bitdiyi üçün artıq ittifaq da yoxdur.

Xatırladaq ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəldi.

Ləman Əsədli
Lamanasadli01