İyi Partiyanın fövqəladə qurultayı keçiriləcək

İyi Partiyanın fövqəladə qurultayı keçiriləcək

Bakı. TurkicWorld:

Türkiyədə müxalifətdə olan İyi Partiyanın fövqəladə qurultayı keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə partiyanın sədri Meral Akşener açıqlayıb.

"Partiya nizamnaməmizin mənə verdiyi səlahiyyətə uyğun olaraq, növbədənkənar seçkili qurultayımızı ən qısa zamanda keçirəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyədə 61 milyon 441 mindən çox seçicinin səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Türkiyə daxilində Cümhuriyyət Xalq Partiyası 35, Ədalət və İnkişaf Partiyası 24, Xalq Bərabərlik və Demokratiya Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, İyi Partiya isə 1 bələdiyyədə üstünlük qazanıb.

X: Lamanasadli01