Meral Akşener qurultayda partiya sədrliyinə namizəd olmayacaq

Meral Akşener qurultayda partiya sədrliyinə namizəd olmayacaq

Bakı. TurkicWorld:

Türkiyədə müxalifətdə olan İYİ Partiya sədri Meral Akşener növbədənkənar qurultayda partiya sədrliyinə namizəd olmayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə M.Akşener bildirib.

“Seçkilərin hesabını aparacağımız və 2028-ci ilə qədər yol xəritəsini müəyyən edəcəyimiz növbədənkənar qurultayımızda partiya sədrliyinə namizəd olmayacağımı bəyan edirəm”, - deyə o bildirib.

Qeyd edək ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçicinin səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Türkiyə daxilində Cümhuriyyət Xalq Partiyası 35, Ədalət və İnkişaf Partiyası 24, Xalq Bərabərlik və Demokratiya Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası səkkiz, Yenidən Rifah Partiyası iki, Böyük Birlik Partiyası 1, İyi Partiya isə bir bələdiyyədə üstünlük qazanıb.

X: Lamanasadli01