Ərdoğan millət vəkillərinin andiçmə mərasimində iştirak edəcək

Ərdoğan millət vəkillərinin andiçmə mərasimində iştirak edəcək

Bakı, TurkicWorld::

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugün yerli vaxtla saat 15:00-da millət vəkillərinin andiçmə mərasimində iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən andiçmə mərasiminə Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Devlet Bahçeli müvəqqəti sədrlik edəcək.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01